Tam versiya
Ana səhifə XƏBƏRLƏR Qazaxda yanacaq daşıyan avtomobilin yanması nəticəsində bir nəfər ölüb
XƏBƏRLƏR

Qazaxda yanacaq daşıyan avtomobilin yanması nəticəsində bir nəfər ölüb


Qazaxda yanacaq daşıyan avtomobilin yanması nəticəsində bir nəfər ölüb.

Bu barədə Ekologiya.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.

Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.

Paylaş:
Tam mətni oxu →