Tam versiya
Ana səhifə XƏBƏRLƏR Dumanlı havaya görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
XƏBƏRLƏR

Dumanlı havaya görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib


Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Ekologiya.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda bütün tablolarda "dumanlı hava" xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Paylaş:
Tam mətni oxu →