Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar Xaçmaz rayonunda şagirdlər tullantılardan hazırladıqları əl işlərini nümayiş etdirib/FOTO
Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar Xaçmaz rayonunda şagirdlər tullantılardan hazırladıqları əl işlərini nümayiş etdiriblər.
Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin Peşə təmayüllü sinif şagirdləri tullantılardan müxtəlif əl işləri hazırlayaraq oxuduqları məktəbdə “Tullantıdan sənətə” adlı sərgi keçiriblər.