Tam versiya
Ana səhifə XƏBƏRLƏR Paytaxtda Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski prospektinin kəsişməsində yeni işıqforlar quraşdırılıb
XƏBƏRLƏR

Paytaxtda Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski prospektinin kəsişməsində yeni işıqforlar quraşdırılıb


Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt ərazisində yeni işıqforların quraşdırılması, eləcə də zəruri ərazilərdə mövcud işıqfor obyektləri və dirəklərinin yenisi ilə əvəzlənməsi işləri davam etdirilir.

Mərkəzdən Ekologiya.az-a verilən məlumata görə, bu məqsədlə Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski prospektinin kəsişməsində olan köhnə nəqliyyat və piyada işıqforları yenilənib, dublyor işıqforlar quraşdırılıb.

Bununla yanaşı, kəsişmədə daha hündür “L” və "A" tipli dirəklərin quraşdırılması ilə işıqforların görünmə dairəsi genişləndirilib.

Paylaş:
Tam mətni oxu →