Ana səhifə›
XƏBƏRLƏR
›
Bu rayonda qarın hündürlüyü 37 sm-ə çatdı
XƏBƏRLƏR
Bu rayonda qarın hündürlüyü 37 sm-ə çatdı
Ekologiya
AMP
Naxçıvanın Biçənək kəndində qar örtüyünün hündürlüyü 37 sm-ə çatıb.Ekologiya.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.Belə ki, Biçənək kəndində səhər saatlarında zəif qar yağışı yenidən başlayıb. Təzə yağan qarın hündürlüyü 2 sm, ümumi qar örtüyünün qalınlığı isə 37 sm təşkil edir.Həmçinin gecə saatlarından Parağaçay Qar Uçqunu Stansiyasına qar yağır, qarın hündürlüyü 3 sm təşkil edir.Qeyd olunub ki, Kükü kəndinə qar yağması dayanıb. Burada təzə qarın hündürlüyü 8 sm, ümumi qar örtüyünün qalınlığı isə 25 sm-ə çatıb.