Ana səhifə›
XƏBƏRLƏR
›
Oğuz, Zaqatala və Göyçayda vətəndaşlar odlu silahları könüllü təhvil veriblər
XƏBƏRLƏR
Oğuz, Zaqatala və Göyçayda vətəndaşlar odlu silahları könüllü təhvil veriblər
Ekologiya
AMP
Qanunsuz saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər davam etdirilir.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, Oğuz, Zaqatala və Göyçay Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində vətəndaşlar ümumilikdə 4 odlu silahı könüllü təhvil veriblər.Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat zamanı isə rayon sakinindən qanunsuz olaraq saxladığı 1 ədəd ov tüfəngi götürülüb.