DETX bu şəxsləri inzibati məsuliyyətə cəlb etdi
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şamaxı, Siyəzən və Bərdə rayonlarının inzibati ərazisində tullantıların qalaqlanaraq yandırılması faktları aşkar edilib.
Ekologiya.az bildirir ki, faktlarla bağlı müvafiq olaraq Şamaxı Şəhər Təsərrüfatı MMC-nin direktoru Samir Məmmədov barəsində vəzifəli şəxs qismində, Şabran şəhər sakini Aydın Orucov, Bərdə rayonu 588 saylı qəsəbə sakini Vüsal Qəhrəmanov barəsində isə fiziki şəxs qismində “İnzibati xəta haqqında Protokol” tərtib olunub və inzibati məsuliyyətə cəlb ediliblər.