Tam versiya
Ana səhifə XƏBƏRLƏR Paytaxtında ən böyük xəstəxana yanır
XƏBƏRLƏR

Paytaxtında ən böyük xəstəxana yanır


Yerli vaxtla 19:00-da İran paytaxtı Tehran şəhərində Qandi xəstəxanasında yanğın baş verib.

Trend-in məlumatına görə, bunu Tehran Yanğınsöndürmə Xidmətinin sözçüsü Calal Məleki deyib.

Onun sözlərinə görə, xəstəxananın yerləşdiyi Vəliəsr prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Məleki deyib ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürmə və təcili yardım maşını ezam olunub.

Hələlik hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Hadisə ilə bağlı yaxın saatlarda ətraflı məlumat verməyə çalışacağıq.

Paylaş:
Tam mətni oxu →