Tam versiya
Ana səhifə XƏBƏRLƏR Məktəb direktoru avtomobillə piyadanı vurdu
XƏBƏRLƏR

Məktəb direktoru avtomobillə piyadanı vurdu


Cəlilabadda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Ekologiya.az xəbər verir ki, APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Bədirli kəndində qeydə alınıb.

 

Rayonun Babaxanlı kənd sakini Ziyatay Uruf oğlu Zeynalov idarə etdiyi avtomobillə Bədirli kənd sakini, piyada Xudu Abdulla oğlu Əliyevi vurub. Xəsarət alan piyada təcili tibbi yardım avtomobili ilə xəstəxanaya hospitalizasiya olunub.

 

Həkimlər X.Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.

 

Qeyd edək ki, Ziyatay Uruf oğlu Zeynalov Babaxanlı kənd orta məktəbinin direktorudur.

 

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →