Cəbrayıl rayonu N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində və Lerik rayonu Sivəkəran kənd məktəbində keçirilən görüşlərdə şagirdlərə tullantıların növləri, düzgün çeşidləmə, təkrar emal prosesi və bu istiqamətlərdə görülə biləcək tədbirlər, həmçinin ətraf mühitin qorunmasının vacibliyi, təbii ehtiyatlardan düzgün və səmərəli istifadənin yolları izah edilib. Eyni zamanda, ölkə ərazisində, o cümlədən
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyata keçirilən ekoloji tədbirlər barədə ətraflı məlumat verilib. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.