• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabah qar yağacaq - XƏBƏRDARLIQ

    18

    yan

    Sabah qar yağacaq - XƏBƏRDARLIQ

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

    Milli Hidrometeorologiya Xidmətindən EKOLOGİYA.AZ-a verilən məlumata görə, yanvarın 18-dən 19-na keçən gecə və axşam saatlarında arabir yağıntılı olacağı gözlənilir.

    Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 0-2° isti, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-4° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-17° şaxta, gündüz 3-7° şaxta olacaq.

    Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

    Tarix : 18-01-2026, 13:15 | Oxunub: 1 904