• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabah da qar yağacaq

    20

    yan

    Sabah da qar yağacaq

    Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

    Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Qeyd edilib ki, gündüz yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək.

    Havanın temperaturu gecə 2°şaxtadan 1°-dək isti, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 3-8° şaxta olacaq.

    Əsasən, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

    Tarix : 20-01-2026, 15:12 | Oxunub: 1 336