DETX əməkdaşları bu şəxsələ protokol tərtib edib inzibati məsuliyyətə cəlb etdi
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Mingəçevir şəhəri və Abşeron rayonunun inzibati ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkar olunub.
Ekologiya.az bildirir ki, araşdırma zamanı Mingəçevir şəhəri M.Mahmudov küçəsində Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 4 ədəd, "İnterenerji" zavodunun şimal-şərq tərəfində Mingəçevir şəhər sakini Rəşid Əliyev tərəfindən 2 ədəd və Abşeron rayonu Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində Vüsal Fərzəliyev tərəfindən 15 ədəd ağacın kəsildiyi müəyyən edilib.