Tam versiya
Ana səhifə XƏBƏRLƏR Son bir ildə azad edilmiş ərazilərdə 1079 döyüş silahı aşkar edilib
XƏBƏRLƏR

Son bir ildə azad edilmiş ərazilərdə 1079 döyüş silahı aşkar edilib


İşğaldan azad edilmiş ərazilərdə 2025-ci il ərzində 1079 döyüş silahı aşkar edilib.

Ekologiya.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunan kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, sözügedən dövrdə 5 199 odlu silahın 1 079-u işğaldan azad edilmiş ərazilərdə aşkarlanıb.

Həmin ərazilərdən odlu silahlarla yanaşı, 2 183 mərmi və 220 mindən çox patron da tapılıb.

2025-ci ildə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlərə görə 153 nəfər tutulub.

Paylaş:
Tam mətni oxu →