• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Masazırdan Zəngilan şəhərciyinə hərəkət məhdudlaşdırılır

    29

    yan

    Masazırdan Zəngilan şəhərciyinə hərəkət məhdudlaşdırılır

    Bu gündən etibarən Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq.       

    Ekologiya.az “Qafqazinfo”--a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

    Bildirilib ki, buna səbəb yolda aparılacaq təmir işləridir: “Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunub.

    Tarix : 29-01-2026, 12:10 | Oxunub: 1 544