• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yer ölçüsünə yaxın yeni planet aşkarlandı

    31

    yan

    Yer ölçüsünə yaxın yeni planet aşkarlandı

    Alimlər Yerə ölçüləri baxımından yaxın olan və təxminən 146 işıq ili uzaqlıqda yerləşən yeni planetin kəşf edildiyini açıqlayıblar.

    Ekologiya.az xəbər verir ki, planet Günəşə bənzər ulduzun ətrafında dövr edir və aparılan ilkin hesablamalara görə onun yaşayış üçün əlverişli zonada yerləşmə ehtimalı təxminən 50 faiz təşkil edir.

    Mütəxəssislər bildirirlər ki, bu məsafə və ulduz tipi planetin səthində maye suyun mövcud ola bilməsi ehtimalını artırır. Lakin planetdə həyatın olub-olmadığını demək üçün əlavə müşahidələrə və daha detallı tədqiqatlara ehtiyac var.

    Astronomlar növbəti mərhələdə planetin atmosferinin tərkibini, temperatur göstəricilərini və mümkün biomarkerləri araşdırmağı planlaşdırırlar.Musavat.com

    Tarix : 31-01-2026, 08:57 | Oxunub: 1 304