• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabah duman olacaq, güclü külək əsəcək

    02

    fev

    Sabah duman olacaq, güclü külək əsəcək

    Azərbaycan ərazisində fevralın 3-nə gözlənilən hava şəraiti açıqlanıb.


    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.

    Havanın temperaturu gecə 4-7, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.


    Havanın temperaturu gecə 3-7, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

    Tarix : 2-02-2026, 15:45 | Oxunub: 1 528