XƏBƏRLƏR
Ekologiya.az bildirir ki, görüşdə Agentlik sədrinin müavini Balarəhim Quliyev öncə 23 yanvar 2026-cı il tarixində keçirilən növbəti seçkilər zamanı AQTA yanında İctimai Şuraya üzv seçilən 7 nəfərə fəaliyyətlərində uğurlar arzulayıb. Yeni formalaşan İctimai Şuranın qida təhlükəsizliyinin təmin edilməsinə, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə, müvafiq qərarların qəbuluna, institusional inkişafa əhəmiyyətli töhfə verəcəyinə ümidvar olduğunu bildirib.