• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Tanınmış iş adamı Şəmsi Səmədzadə axtarışa verildi - BU SƏBƏBDƏN

    04

    fev

    Tanınmış iş adamı Şəmsi Səmədzadə axtarışa verildi - BU SƏBƏBDƏN

    Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) və oğlu barəsində Gürcüstanda axtarış elan edilib. 

    Ekologiya.az-ın məlumatına görə, Şəmsi Səmədzadənin adı Gürcüstan ərazisində mal-qara oğurluğunda çəkilir.

    Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib.

    Şəmsi Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

    Məsələ ilə bağlı Şəmsi Səmədzadə ilə əlaqə saxlamağa çalışsaq da, telefonuna zəng çatmayıb.  (Demokrat.az)

    Tarix : 4-02-2026, 16:00 | Oxunub: 1 264