Tam versiya
Ana səhifə XƏBƏRLƏR Küləkli havada bədbəxt hadisə - ÖLƏN VAR
XƏBƏRLƏR

Küləkli havada bədbəxt hadisə - ÖLƏN VAR


Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə 5 çağırış qeydə alınıb.

Bu barədə Ekologiya.az-a sorğusuna cavab olaraq Mərkəzdən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 47 yaşlı şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı (qadın) Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı (qadın) və 53 yaşlı (kişi) şəxslər isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hava şəraiti ilə əlaqədar 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Paylaş:
Tam mətni oxu →