Soyuq hava qlobal istiləşməni təkzib etmir
Dünyanın müxtəlif bölgələri Sibir mənşəli soyuq hava kütlələrinin təsirinə məruz qaldığı bir vaxtda iqlim dəyişikliyi anlayışının düzgün başa düşülməməsi onlayn mühitdə yanlış mülahizələrin və dezinformasiyanın yayılmasına səbəb olur. Bu yanaşma atmosfer hadisələri ilə uzunmüddətli iqlim proseslərinin bir-biri ilə qarışdırılmasından irəli gəlir və iqlim mövzusunda yanlış təsəvvürlərin formalaşmasına zəmin yaradır. Gəlin, məsələni faktlar əsasında araşdıraq.