Ana səhifə›
XƏBƏRLƏR
›
Ağstafada yolun buz bağlaması nəticəsində 10-dan çox maşınlar toqquşub
XƏBƏRLƏR
Ağstafada yolun buz bağlaması nəticəsində 10-dan çox maşınlar toqquşub
Ekologiya
AMP
Yanvarın 27-si axşam saatlarında Bakı – Qazax – Qırmızı körpü avtomagistiralının Ağstafa rayon Qarahəsənli kəndi ərazisindən keçən hissəsində asfalt örtüyünün buz bağlaması nəticəsində müxtəlif marka və qabaritli bir neçə avtomobilin toqquşması ilə sonuclanan yol-nəqliyyat hadisəsi baş verib.Bu barədə “Report”un Qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov açıqlayıb.Hadisə ilə əlaqədar dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu Tağımının əməkdaşları həmin ünvana gələrək hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirib.Bildirilib ki, hadisə nəticəsində iki nəfər yaralanıb.Faktla bağlı araşdırma aparılır.