DETX bu rayonlarda yaşıllıqların məhv edilməsi faktı aşkarladı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Xaçmaz və Qusar rayonlarının inzibati ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkar olunub.
Araşdırma zamanı Xaçmaz rayonu Həsənqala kəndinin inzibati ərazisində həmin kənd sakini Faiq Həmdullayev tərəfindən 4 ədəd və Qusar rayonu Yuxarı Qələnxur kəndinin inzibati ərazisində həmin kənd sakini Məcid Həsəsnov 1 ədəd ağacın kəsildiyi müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində fiziki şəxs qismində protokol tərtib olunub və inzibati məsuliyyətə cəlb ediliblər.
Paylaş:
Tam mətni oxu →