Bu rayonlarda ov qaydalarını pozan şəxslər saxlanıldı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhəri və Xaçmaz rayonunun inzibati ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.
Ekologiya.az bildirir ki, araşdırma zamanı həmin şəxslərin Bakı şəhər sakinləri Eyyub Kərimov, Xaçmaz rayonu Qaraçı kənd sakini Zülfüqar Mehrəliyev, Gəncəli kənd sakini Əjdər İskəndərov və Bəbəli kənd sakini Nuru Hüseynov olduğu müəyyən edilib, onlardan 3 ədəd ov silahı maddi sübut kimi götürülüb.