Tam versiya
Ana səhifə XƏBƏRLƏR Lerikdə qarın hündürlüyü 25 santimetrə çatıb, bəzi ərazilərdə elektrik enerjisi kəsilib
XƏBƏRLƏR

Lerikdə qarın hündürlüyü 25 santimetrə çatıb, bəzi ərazilərdə elektrik enerjisi kəsilib


Lerikdə qarın hündürlüyü 25 santimetrə çatıb, bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.


Bu barədə  Ekologiya.az-ın bölgə müxbirinə rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov məlumat verib.


O qeyd edib ki, Lənkəran–Lerik avtomobil yolu nəqliyyatın hərəkəti üçün açıqdır. Yağıntının intensivliyini nəzərə alaraq 52 saylı Yol İstismar İdarəsinin ağır texnikaları əraziyə cəlb olunub, yolların qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir.


Eyni zamanda, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişi bərpa olunub. Aidiyyəti qurumların əməkdaşları nasazlıqların aradan qaldırılması üçün tədbirlər görür. Qısa müddətdə enerjinin verilişinin tam bərpası gözlənilir.

Rayon ərazisində qarlı hava şəraiti davam edir.

Paylaş:
Tam mətni oxu →