Ana səhifə›
XƏBƏRLƏR
›
Türkiyə-Ermənistan hava xətti açılır: uçuş cədvəli
XƏBƏRLƏR
Türkiyə-Ermənistan hava xətti açılır: uçuş cədvəli
Ekologiya
AMP
Türkiyə ilə Ermənistan arasında hava əlaqələrində yeni mərhələ başlayır.Ekologiya.az xəbər verir ki, Türkiyənin milli aviadaşıyıcısı Türk Hava Yolları Ermənistanın paytaxtı İrəvan şəhərinə müntəzəm reyslərin icrasına start verir.Məlumata əsasən, martın 11-dən etibarən İstanbul–İrəvan–İstanbul marşrutu üzrə gündəlik uçuşlar həyata keçiriləcək. Bu qərar iki ölkə arasında normallaşma prosesinin praktiki müstəviyə keçməsi kimi qiymətləndirilir.Uçuşların sayı mərhələli şəkildə artırılacaqAviaşirkətin planına görə:11 martdan – gündəlik reys14 maydan – həftədə 10 reys15 iyundan – həftədə 14 reys Beləliklə, yay mövsümündən etibarən marşrut üzrə gündə iki uçuşun icrası nəzərdə tutulur. Musavat.com