Faktiki hava açıqlanıb
Azərbaycanda yağıntı 11-i axşam saatlarından kəsilib, hava şəraiti mülayimləşib.
Düşən yağıntının miqdarı Neftçalada 14, Beyləqanda 5, Lənkəranda 4, Mingəçevir, Yevlax, Kürdəmir, Balakən, Zaqatalada 3, Göyçayda 2, Ordubad, Sədərək, Naxçıvan, Şərur, Naftalan, Oğuz, Zərdab, Sabirabad, eyni zamanda Abşeron yarımadasının bəzi yerlərində 1 mm olub.
Qar örtüyünün hündürlüyü Şahbuzda 49, Kəlbəcərdə 40, Laçın, Qubadlıda 33, Qaxda (Sarıbaş) 29, Biləsuvarda 23, Daşkəsəndə 19, Şuşada 15, Gədəbəydə 14, Cəlilabad, Yardımlıda 10, Xankəndidə 7, Astara, Ağdamda 6, Xocalı, Qubada 5, İmişli, Şəkidə (Kişçay) 4, Lerikdə 3, Füzulidə 2, Qəbələ, Qobustan, Xaltanda 1 sm-ə çatıb.
Paylaş:
Tam mətni oxu →