Azərbaycanda vahid böyük şəhər bələdiyyəsi yaradılır
Ekologiya.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında deyib.
O, Bakı şəhərini nümunə gətirərək paytaxtda 45 bələdiyyənin fəaliyyət göstərdiyini bildirib:
"Amma bu bələdiyyələrin birləşib vahid böyük şəhər bələdiyyəsi formatında fəaliyyət göstərməsi kifayət qədər effektiv olar".
Milli Məclisin digər deputatı Fazil Mustafa da bu təklifi dəstəklədiyini söyləyib:
"Digər şəhərləri deyə bilmərəm, amma Bakıda bu modeli tətbiq etmək mümkün kimi görünür".
Paylaş:
Tam mətni oxu →