Tam versiya
Ana səhifə XƏBƏRLƏR Yeni təhlükə: Meymunçiçəyi qonşu ölkəyə çatdı - iki yoluxma faktı
XƏBƏRLƏR

Yeni təhlükə: Meymunçiçəyi qonşu ölkəyə çatdı - iki yoluxma faktı


Sankt-Peterburqda meymunçiçəyi (mpox) virusuna iki yoluxma faktı rəsmi olaraq təsdiqlənib.

Ekologiya.az xəbər verir ki, xəstələr orta ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin məlumatına görə, xəstəliyin əsas əlamətləri bunlardır:

yüksək hərarət,

ümumi intoksikasiya və halsızlıq,

limfa düyünlərinin böyüməsi,

dəridə əvvəl ləkə, sonra isə irinli yaraya çevrilən səpkilər,

Virus yaxın təmas zamanı ötürülür — həm heyvandan insana, həm də insanlar arasında.

Bundan əvvəl oxşar hallar Moskva vilayətinin Domodedovo şəhərində də qeydə alınmışdı. Orada ilk xəstənin kontaktları da daxil olmaqla üç nəfər yoluxmuşdu.

Musavat.com

Paylaş:
Tam mətni oxu →