Səs-küylü həbslər olacaq: Saleh Məmmədovun komandası yoxlanılır - Mərkəzi Aparatla yanaşı, yerli strukturlarda təftiş başlatıldı
Mütəxəssislər bildirirlər ki, yol tikintisində hər santimetr en və hər millimetr qalınlıq ciddi maliyyə göstəricisidir. Əgər layihədə nəzərdə tutulan parametrlər azaldılıbsa, bu, yüz milyonlarla manat vəsait fərqi yarada bilər. Bu fərqin isə hara yönləndirildiyi əsas sualdır. İddialara görə, məhz bu istiqamətdə aparılan maliyyə təhlilləri ciddi yeyinti mexanizmlərini üzə çıxarıb. Qeyd olunur ki, bəzi podrat müqavilələri də yenidən araşdırılır. Tender prosedurlarının şəffaflığı da sual altındadır.
İddiaların nə dərəcədə təsdiqini tapacağı istintaqın yekun qərarından asılıdır. Lakin artıq bir məsələ aydındır ki, proses genişmiqyaslıdır və bir neçə istiqaməti əhatə edir. Həm maliyyə sənədləri, həm texniki göstəricilər, həm də kadr qərarları araşdırılır. Prosesin necə tamamlanacağı yaxın zamanlarda bəlli olacaq.
Paylaş:
Tam mətni oxu →