35 ilin "kupça" böhranı – yeni qayda vəziyyəti dəyişəcəkmi?
Sovet dövründə fərdi qaydada ev tikmək çox vaxt “qanunsuzluq” sayılırdı. Evlər sökülür, adamlar milisə aparılır, bəzən həbs belə olunurdu. Müstəqillikdən sonra isə torpaq üzərində mülkiyyət hüququ formalaşdı. İnsanlar illərlə yığdıqları pulla, kreditlə, bəzən qohum-əqrəbanın köməyi ilə ev tikdilər. Rəsmi, lakin natamam rəqəmlərə görə son 35 ildə ölkədə 1 milyona yaxın fərdi yaşayış evi tikilib. Demək olar ki, hər ailənin taleyində bir tikinti hekayəsi var. Amma müstəqil Azərbaycan vətəndaşının problemi də elə buradan başlayır. Azərbaycan vətəndaşları ev tikdi. Amma müstəqil dövlət 35 il ərzində həmin evlərin hamısına hüquqi status – “kupça” verə bilməyib. Vətəndaş öz torpağında, öz tikdiyi evdə yaşayır, amma hüquqi baxımdan sanki “havadan asılı” vəziyyətdədir. Nə rahat sata bilir, nə bankda girov qoya bilir, nə də övladına problemsiz ötürə bilir. İllər boyu bu problemin həlli üçün fərmanlar, sərəncamlar imzalanıb.
Paylaş:
Tam mətni oxu →