Tam versiya
Ana səhifə XƏBƏRLƏR Suyun qiyməti qaldırılır: Tarif Şurasından növbəti həmlə
XƏBƏRLƏR

Suyun qiyməti qaldırılır: Tarif Şurasından növbəti həmlə


Azərbaycanda su istehlakçıları üçün yeni qiymətlər elan olunacaq.

Ekologiya.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bununla bağlı Tarif Şurasının yeni qərarı ilə suyun qiyməti bahalaşacaq. Bundan başqa su təminatı da qaz təminatı kimi limitlə müəyyən olunacaq.

Bu artımı Tarif Şurası ölkəmizin su təsərrüfatında rentabelliliyin təmin edilməsi ilə əsaslandırılacaq.

Tarif Şurasının gündəliyində olan yeni təklifə görə, 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manatla hesablanması nəzərdə tutulur.

Paylaş:
Tam mətni oxu →