Quru sərhədlərlə bağlı əhaliyə ŞAD XƏBƏR: Bu tarixdən xüsusi marşrutlar vasitəsilə...
Onun sözlərinə görə, bu vəziyyət xüsusilə xaricə gedən vətəndaşların əlavə maliyyə xərcləri ilə üzləşməsinə səbəb olur.
Cavanşir Abbaslının fikrincə, quru sərhədlərin tam və sürətli şəkildə açılması risk hesab edilərsə, mərhələli keçid variantı kimi xüsusi marşrutların tətbiqi real alternativ ola bilər. O, hesab edir ki, hakimiyyət bu istiqamətdə addımlar ata və məhdud marşrutlar vasitəsilə gediş-gəlişi tənzimləyə bilər.
“Yaya qədər sərhədlərin açılacağını düşünmürəm. Proses gələn ilə qədər də uzana bilər. Qarşıda duran milli məsələlər tam həll olunandan sonra sərhədlərin bağlı qalmasına ehtiyac qalmayacaq”.