Bakı üzərindən uçuşlar artdı: Beynəlxalq reyslər səmada tıxac yaratdı - Foto
Məlumatlara görə, regionda məhdudiyyətlərin artdığı bir vaxtda Azərbaycan üzərindən keçən marşrutlar əsas alternativ istiqamətə çevrilib.
Ekologiya.az bildireri ki, Musavat.com-un məlumatına görə "Flightradar24" platformasının xəritəsində də aydın görünür ki, hazırda bu istiqamət əsas alternativ hava dəhlizi kimi istifadə olunur. Faktiki olaraq sektorda beynəlxalq uçuşların əhəmiyyətli hissəsi Azərbaycanın hava məkanından keçir.
Bu, təsadüfi hal deyil. Bu, etimad göstəricisidir. Regionda qeyri-sabitlik hökm sürdüyü, hava məkanlarının bağlandığı bir zamanda Azərbaycan təhlükəsiz və sabit tranzit mərkəzi kimi seçilir. Bakı artıq təkcə coğrafi körpü deyil, real Şərq–Qərb hava qapısı funksiyasını yerinə yetirir.
Bu tendensiya Azərbaycanın nəqliyyat-logistika strategiyasının və sabit təhlükəsizlik mühitinin nəticəsidir. Böhran şəraitində hansı ölkənin hava məkanına üstünlük verilməsi qlobal aviasiya üçün mühüm göstəricidir.
İran ətrafında gərginlik artdıqca Azərbaycanın hava məkanı regionun əsas işlək hava dəhlizinə çevrilib və bu, ölkənin qlobal logistika xəritəsində mövqeyini daha da gücləndirib.
Paylaş:
Tam mətni oxu →