Tam versiya
Ana səhifə XƏBƏRLƏR Müdafiə Nazirliyi: Türkiyəyə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik
XƏBƏRLƏR

Müdafiə Nazirliyi: Türkiyəyə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik


Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pisləyirik.

Ekologiya.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin Türkiyə Respublikasının ərazisinə qarşı raket hücumu ilə bağlı bəyanatında bildirilib.

“Bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir.

Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk.

Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır, - deyə bəyanatda qeyd olunub.

Paylaş:
Tam mətni oxu →