Ana səhifə›
XƏBƏRLƏR
›
Azərbaycanda üç kəndin adı dəyişdirilir?
XƏBƏRLƏR
Azərbaycanda üç kəndin adı dəyişdirilir?
Ekologiya
AMP
Quba rayonun üç kəndinin adının dəyişdirilməsi müzakirə ediləcək.Ekologiya.az xəbər verir ki, bu barədə "Report"a Milli Məclisin Toponimiya komissiyasının sədr müavini Musa Quliyev məlumat verib.O qeyd edib ki, komissiyanın sabahkı iclasında Qubanın Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması təklif ediləcək:"Məqsəd həmin kəndlərin adının milliləşdirilməsidir".M.Quliyev əlavə edib ki, dəyişikliklə əlaqəli müzakirənin aparılması və parlamentə tövsiyə olunması nəzərdə tutulub.