Ana səhifə›
XƏBƏRLƏR
›
Avtomobil yoldan çıxaraq aşıb - Ölən və yaralanan var
XƏBƏRLƏR
Avtomobil yoldan çıxaraq aşıb - Ölən və yaralanan var
Ekologiya
AMP
Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.Ekologiya.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, “KİA” markalı avtomobil qəfil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə nəticəsində Goranboy rayon sakini 1994-cü il təvəllüdlü Babayev Namaz Qurban oğlu hadisə yerində həyatını itirib. 2007-ci il təvəllüdlü Nahid Orucsoy isə müxtəlif dərəcəli xəsarətlər alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.Faktla bağlı araşdırma aparılır.