Qəbələdə qanunsuz ov edən şəxs saxlanılıb
Qəbələdə qanunsuz ov edən şəxs müəyyən olunub.
Ekologiya.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Böyük Əmili kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Araşdırma zamanı onun rayon sakini R.Qasımov olduğu müəyyən edilib. Həmin şəxsdən 1 ədəd ov tüfəngi və ovladığı çöl quşları aşkar olunaraq götürülüb.
Paylaş:
Tam mətni oxu →