Tam versiya
Ana səhifə XƏBƏRLƏR Ölkədə hava durumu necə olacaq?
XƏBƏRLƏR

Ölkədə hava durumu necə olacaq?



illi Hidrometeorologiya Xidmətinin noyabrın 11-nə olan məlumatına əsasən noyabrın 10-da ölkə ərazisində qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub, bəzi yerlərdə yağış,  dağlıq ərazilərdə qar yağıb. 

Noyabrın 10-da axşam saatlarından güclü külək tədricən zəifləyib, 11-də səhər saatlarından  yağıntılar kəsilib. 

Düşən yağıntının miqdarı Astarada 45 mm (aylıq normanın 29 faizii), Lənkəranda 24 mm (aylıq normanın 14 faizii), Yardımlı,  Xaltan , Altıağac, Lerik, Qəbələ, Zaqatala, Qax, Qrız, Naxçıvan, Oğuz, Şəki, Quba, Şamaxı, İsmayıllı, Biləsuvar, Ağsu, Şahdağ, Mingəçevir, Sabirabadda 6 mm-dək olub.

Ekologiya.az bildirir ki, qar örtüyünün hündürlüyü Qrızda 1 sm olub. Şamaxı, Qrız, Lerik, Şəmkirdə duman müşahidə olunub.  

Noyabrın 11-də və 12-də ölkə ərazisində hava şəraitinin nisbətən mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Paylaş:
Tam mətni oxu →