Tam versiya
Ana səhifə XƏBƏRLƏR Mart ayında 12 aptekdə nöqsanlar aşkarlanıb
XƏBƏRLƏR

Mart ayında 12 aptekdə nöqsanlar aşkarlanıb


Cari ilin mart ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 54 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 19-u Bakı şəhərində, 35-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Mərkəzin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, keçirilən yoxlamaların 53-ü planlı, biri isə plandankənar olub.

Nəticələrə əsasən, 12 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

Paylaş:
Tam mətni oxu →