Bu gün Göygöl Milli Parkının yaranması günüdür
Göygöl Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2008-ci il tarixli Sərəncamına əsasən yaradılıb. Sahəsi 12 755 hektardır.
Yerləşməsi: Göygöl, Daşkəsən və Goranboy rayonları
Landşaft: dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən
Rast gəlinən bitki növləri: Qafqaz vələsi, Radde tozağacı, giləmeyvəli qaraçöhrə, adi göyrüş, sivriyarpaq ağcaqayın, Qafqaz cökəsi, Şərq fıstığı, qarmaqvari şam, adi zoğal, adi əzgil, adi zirinc və s.
Rast gəlinən heyvan növləri: qonur ayı, boz canavar, adi çaqqal, adi tülkü, adi porsuq, vaşaq, çöl pişiyi, Qafqaz sincabı, daşlıq dələsi, Hind tirəndazı, Qafqaz nəcib maralı, Avropa cüyürü, bezoar keçisi, çöl donuzu, çöl sarı, şahin qızılquş, yaşılbaş ördək, xınalı kəklik, Qafqaz tetrası, çay qızılxallısı və s.
“Qırmızı Kitab”a daxil olan növlər: bezoar keçisi, Qafqaz nəcib maralı, vaşaq, Qafqaz uları, Qafqaz tetrası, cırtdan qartal, kütyarpaq püstə, fırfır səhləb, paradoksal süsən, cırtdan süsən və s.