• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Güclü külək məktəb binasına zərər vurdu - Foto

    03

    apr

    Güclü külək məktəb binasına zərər vurdu - Foto

    Aprelin 2-də axşam saatlarında Qazax rayonu Daş Salahlı kəndi Şahin Cəbiyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin binasının giriş hissəsində bir neçə aqlay daşı güclü küləyin təsiri nəticəsində aşınaraq qopub.  

    Ekologiya.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, hadisə zamanı məktəbdə müəllim heyəti və şagirdlər olmadığından xəsarət halı qeydə alınmayıb. 

    Məktəbdən bildirilib ki, təhlükəsizliyin təmin olunması məqsədilə həmin giriş müvəqqəti bağlanıb və alternativ girişdən istifadə olunur. Təlim-tədris prosesi fasiləsiz olaraq davam edir. Problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.



    Tarix : 3-04-2026, 11:50 | Oxunub: 1 096