Şimşək çaxacaq, dolu düşəcəy, çaylardan çel keçəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında aprelin 4-ü gündüzdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında aprelin 4-ü səhər qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv, ayrı-ayrı şərq rayonlarında güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.