Maqnitlər soyuducuya necə zərər verir?Daimi maqnit sahəsi altında qalan cihazlarda zamanla prosessorlarda qarışıqlıq yaranır, soyutma performansı düşür və elektrik enerjisi istehlakı nəzərəçarpacaq dərəcədə artır. Xüsusilə toxunmatik ekranlı, Wi-Fi bağlantılı və "ağıllı" modellər bu problemdən ən çox təsirlənənlər arasındadır.Servis texnikləri qeyd edirlər ki, son dövrlərdə tez-tez rast gəlinən ana plata (materinskaya plata) nasazlıqları və rəqəmsal panel pozulmalarının əhəmiyyətli bir hissəsi məhz intensiv maqnit istifadəsindən qaynaqlanır. Sadə bir maqnit bəzəyi bir anda minlərlə manatlıq təmir xərcinə çevrilə bilər.Xatirələri qorumaq üçün alternativ üsullarXatirələrinizdən imtina etmək məcburiyyətində deyilsiniz, sadəcə onların yerini dəyişmək kifayətdir. Texniki servis mütəxəssisləri soyuducu qapıları əvəzinə mətbəx divarına asa biləcəyiniz şık metal panoları və ya xüsusi maqnitli boyaları tövsiyə edirlər.Beləcə həm kolleksiyanızı nümayiş etdirə bilər, həm də bahalı soyuducunuzu maqnit zərərindən qoruya bilərsiniz.\Sfera.az