Tam versiya
Ana səhifə XƏBƏRLƏR Koronavirusun gizli fəsadı ortaya ÇIXDI
XƏBƏRLƏR

Koronavirusun gizli fəsadı ortaya ÇIXDI


COVID-19 sağalmış insanlarda allergiya yaratmır, lakin immun sistemində balans pozğunluğu yaradaraq autoimmun xəstəlikləri tətikləyə bilər.

Bunu Pirogov University-nin dosenti Olga Zykova bildirib.

Onun sözlərinə görə, virus immun sisteminə təsir edərək orqanizmin öz toxumalarına hücum etməsinə səbəb ola bilər. Nəticədə sistemli qırmızı qurdeşənəyi, revmatoid artrit və digər autoimmun xəstəliklər inkişaf edə bilər.

Risk isə yaş, xəstəliyin ağırlığı və yanaşı xəstəliklərdən asılıdır.

Xüsusilə uşaqlar, yaşlılar, hamilələr və xroniki xəstəliyi olanlar üçün təhlükə daha yüksəkdir.//Milli.Az

Paylaş:
Tam mətni oxu →