Tam versiya
Ana səhifə XƏBƏRLƏR Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzasında vəzifəli şəxslər həyatını itirdi
XƏBƏRLƏR

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzasında vəzifəli şəxslər həyatını itirdi


Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Ekologiya.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 14-cü kilometrliyində qeydə alınıb.

Goranboy rayon Todan kənd sakini Ağamalı Məmmədovun idarə etdiyi avtomobillə Gəncə sakini Samir Qarayevin sürdüyü maşın toqquşub. Nəticədə A.Məmmədovun avtomobilində olan sərnişin, 1969-ci il təvəllüdlü İbrahimov Şirin Qələndər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qəzada həyatını itirən Şirin İbrahimov Todan Bələdiyyəsinin sədri vəzifəsində çalışırmış.

Paylaş:
Tam mətni oxu →