Göyçayda güclü sel körpünü dağıtdı – rayonla əlaqə çətinləşib
Musavat.com xəbər verir ki, təbii fəlakətdən ən çox ziyan çəkən ərazilərdən biri Göyçay rayonu olub. Belə ki, rayon ərazisindən keçən çayda suyun səviyyəsinin kəskin artması nəticəsində güclü sel yaranıb. Sel suları rayonun kəndlərindən birini mərkəzlə birləşdirən körpünü tamamilə yuyaraq aparıb.
Hadisə nəticəsində nəqliyyatın hərəkəti məhdudlaşıb, bəzi yaşayış məntəqələri ilə əlaqə çətinləşib.
Paylaş:
Tam mətni oxu →