Bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmrlər imzalayıb.Belə ki, Elşən Cəfərov Nəqliyyat İdarəsinin rəisi vəzifəsindən, Cavanşir Quliyev isə İşlər və Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsindən azad ediliblər.İqtisadiyyat.az-ın əməkdaşı məlumatın dəqiqləşdirilməsi üçün aprelin 14-də AAYDA-nın mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlayıb. A.Nəcəfli xəbəri dəqiqləşdirib məlumat verəcəyini bildirsə də, sonradan mesajlara cavab verməyib və zəngləri açmayıb.Belə olduğu halda İqtisadiyyat.az-ın əməkdaşı faktın dəqiqləşdirilməsi üçün (012) 599-79-75 nömrəli xüsusi telefon xətti (“Çağrı Mərkəzi”) ilə əlaqə saxlayıb. Çağrı Mərkəzindən hər iki idarə rəisinin işdən çıxdığı təsdiqlənib.