Tam versiya
Ana səhifə XƏBƏRLƏR Bu yolda qaya uçqunu OLDU: Hərəkət dayandı
XƏBƏRLƏR

Bu yolda qaya uçqunu OLDU: Hərəkət dayandı


İntensiv yağışlar nəticəsində Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qaya parçaları yolun mərkəzi hissəsinə tökülüb.

Musavat.com xəbər verir ki, hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, nəticədə, yolun müəyyən hissəsində gediş-gəliş məhdudlaşdırılıb. İlkin məlumata görə, qaya parçaları qaz xəttini də sıradan çıxarıb.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub.

Hazırda qaya parçaları dağıdılaraq ərazidən yığışdırılır.

Paylaş:
Tam mətni oxu →