• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Gəncədə qanunsuz inşa olunan tikili sökülüb

    17

    apr

    Gəncədə qanunsuz inşa olunan tikili sökülüb

    Gəncədə qanunsuz tikinti sökülüb.

    Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat yayıb.

    Bildirilib ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

    Bu çərçivədə, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Atatürk prospektində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

    Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

    Tarix : 17-04-2026, 10:30 | Oxunub: 704